Modern.az

“Tofiq Yaqublu Müsavatın üzvlüyündən çıxarıla bilməz” - AÇIQLAMA

“Tofiq Yaqublu Müsavatın üzvlüyündən çıxarıla bilməz” - AÇIQLAMA

Aktual

3 Aprel 2019, 14:28

Milli Şura ilə Müsavat Partiyasının mitinqləri fərqli tarixdə keçirmək istəyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Milli Şuranın mitinqi aprelin 6-na, Müsavat Partiyası isə 7-nə təyin edib.

 

Buna görə AXCP üzvləri ilə Müsavat təmsilçiləri arasında sosial şəbəkələrdə  bir-birinə qarşı tənqid, hətta təhqirlər səsləndirilib.

 

Müsavatın Divan, həm də Milli Şuranın üzvü olan Tofiq Yaqublu 6-7 aprel mitinqləri ilə bağlı paylaşdığı geniş statusda Milli Şuranın qərarının əvvəldən olduğunu söyləyib. Bu da müsavatçıların ciddi etirazlarına səbəb olub.

 

Bəs Tofiq Yaqublu Milli Şuranı açıq müdafiə etdiyinə görə, Müsavat Partiyasının üzvlüyündənçıxarıla bilərmi?

Məsələ ilə bağlı Modern.az-da danışan Müsavat Partiyasının başqanının müavini  Səxavət Soltan deyib ki, Tofiq Yaqublu bu hərəkətinə görə təşkilatdan çıxarılmalı deyil.

“Onun çıxarılması haqqında düşüncə də yoxdur. Kiminsə hər hansı mitinqi təbliğ etməsi Müsavat Partiyasından çıxarılmaya səbəb ola bilməz” - deyə əlavə edib.

O söyləyib ki, Milli Şura Müsavatın mitinqindən bir gün əvvələ mitinq üçün müraciət edib.

“Başqan Arif Hacılı başda olmaqla çoxsaylı müsavatçılar hər iki mitinq üçün təbliğat aparırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır