Arxiv
4 Aprel 2019, 12:44 | ƏDƏBİYYAT
“Koroğlu”nu,  “Cavad xan”ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Görkəmli teatr və kino fədaisi Rövşən Almuradlının unudulmaz xatirəsinə


Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar kimi böyüklüyünə işarə edərək, hökmən dahi M.Ə.Sabirin "Bənzərəm bir qocaman dağa ki, dəryada durar!" misrasını ucadan söyləyərdim. Məmnunluqla dinləyib, gülümsəyər və yalnız bundan sonra əl tutub, qucaqlaşıb-görüşərdik. 


...Rövşən Almuradlı kimi görkəmli bir rejissoru, istedadlı bir sənət adamını itirmək respublikamızn bütün teatr-kino aləmi, ictimaiyyətimiz üçün çox ağırdır. O, istedadlı aktyor, teatr və kino xadimi olmaqla yanaşı həm də olduqca səmimi, mehriban, gözəl bir insan, sədaqətli dost, müdrik məsləhətçi olmaqla çoxlarının hörmət-ehtiramını qazanmışdı.  


Onu tanıyanlar və onun tanıdıqları olduqca çox idi. Onların içərisində sənət adamları ilə yanaşı vaxtaşırı müraciət etdiyi həkimlər, müəllimlər, dostluğu ilə qürur duyan jurnalistlər, elm adamları, tarixçilər, mühəndislər, xoş salamına, gülər üzünə doğmalar qədər sevinən qonum-qonşu, adi adamlar da çox idi. Tanışları içərisində çox az gözə dəyən yalnız məmurlar, vəzifə sahibləri idi. Onun sözü-söhbəti onlarla heç tutmurdu, üz-üzə gəlmək belə istəmirdi. Xarakteri belə idi. Yəqin elə ona görədir ki, 40 ildən çox teatr və kino sənətinə, xalqa ləyaqətlə, vicdanla xidmət etsə də, bu gün-sabah 65 yaşı olacaqdısa da (heyf, bu ayın - aprelin 19-da olacaq yubileyini birgə qeyd etmək ona və dost-tanışlarımıza qismət deyilmiş), onu çoxillik və məhsuldar aktyor və rejissor fəaliyyətinə görə təltif etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin, o cümlədən Mədəniyyət Nazirliyinin və üzvü olduğu Teatr Xadimləri İttifaqının, eləcə də Kinematoqrafiya Komitəsinin rəhbərlərinin fikrinə də gəlmədi, heç kəsi düşündürmədi. Əslində o, mükafat və təltiflər üçün çalışmırdı, bu barədə bəlkə heç düşünmürdü də. Ancaq heç olmasa min bir əziyyətlə, gecə-gündüz, yorulmadan çalışaraq sənət dostları ilə birgə canı-qanı bahasına ərsəyə gətirdiyi "Koroğlu" və "Cavad xan" filmlərinə görə ona çoxdan layiq olduğu "Xalq artisti" adının verilməsi yaxşı olmazdımı, çoxillik əməyinin bəhrəsi kimi onu sevindirməzdimi? Bəlkə də daha çox yaşamasına səbəb olardı...


O, hələ nə təqaüdə çıxa bilmişdi (təqaüd yaşını qəsdən, xalqa qərəzçiliklə artıran o deputatın cəzasını qoy Allah özü versin!), nə də əlavə bir gəlir yeri vardı. Buna baxmayaraq, maddi çətinlikləri olsa da belə, həmişə özünü tox tutar, heç vaxt qürurunu sındırmazdı. Dik və vüqarla, nikbin görkəmlə  yeriyərdi...


Təbii ki, bugünkü bəzi naqis nazirlər, "pensiya" deputatı (təqaüdçülərin 12 ildən çox təqaüd alacaqlarından "təşvişə" düşərək, bərk "narahatlıq" keçirən o kəs inanmıram ki, Rövşən müəllimin "yaşı çatmadığına" görə dövlətdən bir manat da olsa təqaüd ala bilməməsinə təəssüflənmiş, peşmançılıq hissi keçirmiş olsun) və təkəbbürlü, "yığımcıl" məmurlar da nə vaxtsa dünyadan köçəcəklər. Köçəcək və unudulacaqlar (yox, hərdən bütün əsilbə-nəsillərinə, gorlarına söyməklə "xatırlayanlar" da az olmayacaq), ancaq xalqın Rövşən Almuradlı kimi ziyalı oğulları, böyük sənət fədailəri heç zaman unudulmayacaqlar. Onlar ən azı özlərindən sonra xalqa yadigar qoyduqları sənətləri ilə yaşayacaqlar. Rövşən müəllim özünün maraqlı səhnə obrazları ilə yanaşı yaratdığı 30-a qədər sənədli və bədii filmlərdə də daim yaşayacaq. Onun son filmi olan "Əsgərlər unudulanda ölürlər" filminin qəhrəmanları - igid, mərd Azərbaycan oğulları kimi!


O, özünün nüfuzlu soyadını qürurla daşıyan layiqli oğlu Kamal Almuradlının davam etdirdiyi yaradıcılıq işlərində, sənətini sevənlərin xoş arzu-diləklərində yaşayacaq!


...Allah Sənə min rəhmət eləsin, ey böyük sənətkar, əziz, sədaqətli, unudulmaz dost!  Heyf, çox heyf Sənin kimi böyük ustaddan!.

***


Bakıda - Akademik Milli Dram Teatrında Rövşən müəllimin quruluşunda baxdığım son tamaşa İsveçrə yazıçısı Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi”, Sumqayıt Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru"su, son sənədli filmi isə tanınmış, istedadlı tədqiqatçı-jurnalist Arif Əliyevin ssenarisi əsasında çəkdiyi "Əsgərlər unudulanda ölürlər" adlı tarixi-sənədli filmi olmuşdu.


Onun Sumqayıt Teatrında son dəfə quruluş verdiyi tamaşa haqqında yazdığım rəy də, təəssüf ki, sonuncu oldu. Yeni tamaşalarını gözləyirdik, ancaq ömür vəfa etmədi. Rövşən müəllimin böyük uğurla nümayiş etdirilmiş həmin tamaşası haqqında yazını bu gün bir daha oxuculara təqdim etməklə unudulmaz dostumuzun ruhunu sevindirmək istərdim. 

 
“KOROĞLU” v
ə “CAVAD XAN”la Oğuz ellərində“at oynadan” Rövşən Almuradlı yenidən Sumqayıta qayıtdı 


Görkəmli Azərbaycan rejissoru Rövşən Almuradlı teatr və kino ilə uzun "ayrılıq"dan sonra vaxtilə ilk sənət addımlarını atdığıSumqayıt Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsərini teatrsevərlərə təqdim etməklə pərəstişkarlarını və sənət dostlarını yenidən sevindirmişdi. 


Ailə-məişət mövzusuna toxunulan, 50 ildən artıqdır ki dünya teatrlarında uğurla nümayiş etdirilən bu səhnə əsəri komediya janrında olsa da, rejissorun quruluşunda hadisələr dramatikliyi ilə diqqəti cəlb edir, ər və arvadın fransız xarakterindən və məişət tərzindən irəli gələn mənəvi düşkünlüyü özünü bütün çılpaqlığı ilə büruzə verir. Ailə  münasibətlərində xəyanəti, mənəviyyatsızlığı pisləyən, qeyrət və namusun, düzlüyün, sədaqətin, paklığın mühüm insan meyarları olduğunu tamaşaçılara daha qabarıq şəkildə çatdırmağa çalışan R.Almuradlı özünün novator priyomu ilə tamaşanın “çərçivə”sindən çıxaraq, bəzən aktyorların vasitəsilə birbaşa tamaşa zalı ilə təmasa girməklə tamaşaçı-aktyor ünsiyyəti yaradaraq, insan xarakteri və mənəviyyatı üçün nələrin daha dəyərli olduğunu diqqətə yetirməklə kasıb bir fransız ailəsində baş verən hadisələrə öz insani və rejissor münasibətini bildirməyi də vacib hesab etmişdir ki, bununla da tamaşanın sadəcə bir əyləncə-maskarad olmadığını, tərbiyəvi rolunu və əhəmiyyətini ön plana çəkə bilmişdir.


Rejissorun Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, tamaşanın janrına və ruhuna uyğun musiqi bəstələmiş Sərdar Fərəcovla, maraqlı səhnə tərtibatı vermiş rəssam Osman Salmanovla uğurlu yaradıcılıq işi də əsərin ideyasının açılmasında mühüm rol oynamış, tamaşanın palitrasını gücləndirərək, onun təsir effektini daha da artırmışdır. Dekorasiyalardan bacarıqla istifadə, başı macəralı ailənin yaşadığı mənzilin “divarlarının” tez-tez “çat” verməsi, bütünlükdə evin tamaşa boyu dəfələrlə daxildən “dağılıb- parçalanması”,  qadının ərinə xəyanəti, başqa birisilə yataq macəraları fonunda ər və arvadın divardan asılmış şəkillərinin də bölünərək, bir-birindən aralanması tamaşanın ideya xəttinin açılmasına yönəldilmişdir.


Tamaşada respublikanın Əməkdar artisti İzaməddin Bağırovla yanaşı istedadlı gənc aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, Füzuli Qərənizadə  və İlahə Səfərova öz “qəhrəmanlarının” maraqlı obrazlarını yarada bilmişlər. Onların temperamentli, həm də təbiilyi, peşəkarlığı ilə diqqət çəkən oyunları premyeranın uğurlu alınmasına, tamaşaçı alqışlarına səbəb olmuşdur.


Onu da qeyd etmək lazımdır ki, Rövşən Almuradlının bu yeni tamaşasında rejissor işini fərqləndirən mühüm cəhətlərdən biri də onun teatrlarda adətən əsərin əhatə etdiyi dövrə və ölkəyə uyğun olaraq təqdim edilmə “ənənə”sindən imtina edərək, personajları səhnəyə “yad” fransız milli geimlərində yox, Azərbaycan tamaşaçısının bu gün gördüyü, vərdiş etdiyi, diqqətini yayındırmadığı adi geyimlərdə çıxarmasıdır. Bu, əlbəttə, teatr aləmi və düşüncəsi üçün "sadə" bir yenilik olsa da, çox yaxşı təəssürat doğurur. Personajların birbaşa tamaşa zalına - tamaşaçılara üz tutaraq, insanlıq, mərdlik, düzlük, saf sevgi və sədaqətlə bağlı fikirlər səsləndirmələri də rejissorun tamaşaya şəxsi əlavəsi kimi xüsusilə diqqətəlayiqdir.


Sumqayıt tamaşaçıları ilə yanaşı paytaxtımızdan gəlmiş qonaqların - tanınmış aktyor və rejissorların, yazıçı və dramaturqların, mətbuat nümayəndələrinin də iştirak etdiyi və yüksək dəyərləndirdikləri tamaşanın uğurlu alınması, əlbəttə ki, təsadüfi deyil. Belə ki, Rövşən Almuradlı Azərbaycanın teatr “korpusunun” sıravi “əsgər”liyindən başlayaraq, “general rejissor”luğunadək böyük sənət yolu keçmişdir. O, özünün həm istedadlı aktyor oyunu, həm də müxtəlif əsərlərə verdiyi orijinal səhnə quruluşları, yaratdığı onlarla tarixi, bədii və sənədli filmlərlə artıq çoxdan tamaşaçıların böyük rəğbətini qazanmış teatr-kino sənətkarlarındandır.


Vaxtilə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu" fakültəsini, sonralar isə Moskvada SSRİ Mədəniyyət Nazirliyinin Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş Rövşən Almuradlı bir müddət Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmiş, daha sonralar Şəkinin, Mingəçevirin və Sumqayıtın Dövlət Dram Teatrlarında çaılışmış, bir-birindən maraqlı obrazlar qalereyası yaratmışdır. Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli, Şekspirin "Kral Lir"ində Kral Lir  və digər tamaşalarda oynadığlı xarakterik rollarlla yüksək aktyor məharəti, əsl peşəkarlkıq nümayiş etdirmiş, yaratdığı obrazların psixologiyasını və mənəviyyatını tamaşaçılara dolğunluğu ilə çatdıra bilmişdir. Lakin hansısa bir tamaşada ancaq müəyyən bir rolla tamaşaçıya demək istədiklərini tam çatdırmağın mümkünsüz olduğunu görən Rövşən Almuradlı çox keçmədən teatr və kino rejissorluğuna üz tutur.


26 yaşında - 1980-ci ildən rejissorluq fəaliyyətinə başlayaraq, qısa bir müddətdə N.Hikmətin "Bayramın birinci günü", M.Salimoviçin "Dərviş və ölüm", M.Süleymanlının "Dəyirman" əsərlərinə və digər pyeslərə səhnə quruluşu verir.


1988-1992-ci illərdə o, Y.Səmədoğlunun "Qətl günü", V.Sergeyevin "Bağlı qapı arxasında iki nəfər", M.Suleymanlının "Zirzəmi", M.Dostoyevskinin "Şıltaq qız", M.Qoqolun "Dəlinin qeydləri", Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərini səhnələşdirir.


1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında qısametrajlı "Hücum" bədii filmi ilə “hücuma keçməklə” öz rejissorluq debütünü başlayan Rövşən Almuradlı bir il sonra Azərbaycanın inqilabi-azadlıq hərəkatının təsiri ilə "Azadlığa gedən yollar" filminin rejissor işində də fəal iştirak edir. Və artıq 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil "İstiqlal" Teatrının bədii rəhbərliyi ona etibar edilir.


1993-1995-illərdə onun rejissorluğu ilə çəkilən "Yük" və "Ümud" bədii filmləri onu bir rejissor kimi tamaşaçılara daha yaxından tanıdır. Azərbaycan Dövlət Televiziyasının “Sabah" Yaradıcılıq Birliyində dahi yazıçı Cəlil Məmmədquluzadənin "Anamın kitabı",  Nahid Hacızadənin "Qayalarda qalan səs", Orxan Fikrətoğlunun "Şəkilçi", Vilyam Şekspirin "Kleopatra" film-tamaşalarına quruluş verən Rövşən Almuradlı sonralar "Telefilm" Yaradıcılıq Brliyində çalışarkən "Yaz yuxusunun işığı", "Bəsdir, aglama" bədii televiziya filmlərinin quruluşçu rejissoru olur. Daha sonra o, tamaşaçıların böyük maraq və diqqətini özünə çəkmiş 7 seriyalı "Abbas və Gülgəz" filmini yaradır.


Rövşən Almuradlının çəkdiyi 10-a qədər sənədli film - "Etnoqrafik etüdlər", "Qobustan", "Qax abidələri", "Padarçöl", "Qudyalçay", "Şıx ocağının işığı", "Molla Cümə", "Göyçə gözəlləməsi", "Yurd" və s. filmlər ölkəmizin tarixi keçmişinin, xalqımızın milli adət və ənənələrinin, görkəmli adamlarının hər bir tamaşaçı tərəfindən daha yaxşı tanınması və təbliği işində mühüm vasitə kimi hər zaman böyük əhəmiyyətə və dəyərə malikdir.


Rövşən Almuradlıya bir rejissor kimi daha çox şöhrət qazandıran isə onun 2003-cü ildə çəkdiyi monumental “Koroğlu” filmi və 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə üzərində çox gərgin çalışaraq, yüksək istedadı sayəsində və böyük, gərgin zəhməti bahasına çəkib, başa çatdırdığı “Cavad xan” filmi olmuşdur.

Bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışmış rerjissorun "Ölüləri qəbiristanlıqda basdırın" (İsmayıl Şıxlı) əsəri əsasında hazırladığı tamaşa, Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi “Bəylik dərsi” (Mövlud Süleymanlı), “Qaravəlli” (Anar), “Müraviyyə vəkilləri əhvalatı” (Mirzə Fətəli Axundzadə) əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.


Özünə və sənətinə daim yüksək tələbkarlıq və məsuliyyətlə, yaradıcılıqla, həm də pərəstişkarlarına hörmətlə yanaşmağa üstünlük verən, 30-a qədər sənədli, tarixi və bədii filmin quruluşçu rejissoru olan  görkəmli sənətkar Rövşən Almuradlının 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirdiyi “Yaşlı xanımın gəlişi” tamaşası bu gün də ölkəmizin baş teatrının repertuarındadır və hər zaman maraqla baxılır.


Rəhman ORXAN

e-mail:  [email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı 31 Oktyabr 2020, 20:16 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27 Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ - VİDEO 31 Oktyabr 2020, 19:18 İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir 31 Oktyabr 2020, 18:46 Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var 31 Oktyabr 2020, 18:24 Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı... 31 Oktyabr 2020, 17:54 Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir – XİN 31 Oktyabr 2020, 17:49 Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib 31 Oktyabr 2020, 17:39 Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur” 31 Oktyabr 2020, 17:36 “Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq” 31 Oktyabr 2020, 17:24 Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 17:12 Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir - Leyla Abdullayeva 31 Oktyabr 2020, 17:09 Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir 31 Oktyabr 2020, 17:04 Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin STATİSTİKASI 31 Oktyabr 2020, 16:59 Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI 31 Oktyabr 2020, 16:51 XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI 31 Oktyabr 2020, 16:44 Məşhur aktyor 90 yaşında vəfat etdi 31 Oktyabr 2020, 16:41 Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO     31 Oktyabr 2020, 16:29 “Azərbaycanın rayonlarına 6 saat ərzində 200-dən artıq mərmi atıb” – Prezidentin köməkçisi 31 Oktyabr 2020, 16:18 Ali Məhkəmədən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 31 Oktyabr 2020, 16:10 Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur 31 Oktyabr 2020, 16:01 Azərbaycanda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər vəfat etdi 31 Oktyabr 2020, 15:40 Ermənistanın təxribatları barədə faktlar dünyanın diqqətinə çatdırıldı 31 Oktyabr 2020, 15:23 İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb 31 Oktyabr 2020, 15:15 Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib 31 Oktyabr 2020, 15:00 Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib 31 Oktyabr 2020, 14:41