Arxiv
4 Aprel 2019, 09:32 | DİASPOR
Üç azyaşlı uşaqla Miçiqan Universitetintəhsil alan azərbaycanlı xanım - FOTOLAR

Çox bacarıqlı, işgüzar xanımdır. Yorulmadan, əzmlə məqsədə doğru irəliləyir. Zarafat deyil, üç azyaşlı övladı olmasına baxmayaraq, doktoranturada təhsil alır. Yaşadığı Holland şəhərinin rəhbərliyi onu yaxşı tanıyır. Hər il bu şəhərdə keçirilən "Beynəlxalq mədəniyyət günü"ndə Azərbaycanı təqdim etmək üçün bu dəfə ona çadır da ayrılıb. Avqust ayında baş tutacaq bu tədbirə ciddi hazırlaşır. İstəyir ki, ən yaxşı mədəniyyət nümunəsi kimi, ölkəmizi təmsil edən çadır keçiriləcək müsabiqənin qalibi olsun…


Haqqında söhbət açdığım Lamiyə Şərəfxanova Kəlbəcər rayonunun Qılıçlı kəndində dünyaya gəlib. Beşinci sinfə qədər həmin kənddə oxuyub. Kəlbəcərin işğalından sonra Bakıda məskunlaşıblar. 1999-cu ildə 285 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2004-cü ildə Azərbaycan Dillər Universitetində dilşünaslıq və tərcümə ixtisası üzrə bakalavr, 2006-cı ildə isə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib. Eyni zamanda, 2000-ci ildən 2005-ci ilədək BMT-nin "Gənc könüllülər proqramı"na qoşulub. "Qaçqın və Məcburi Köçkünlərə Dəstək Mərkəzi"ndə, eləcə də ABŞ-ın "Uşaqların xilası beynəlxalq təşkilatı"nın Azərbaycan nümayəndəliyində könüllü kimi fəaliyyət göstərib. 2005-2007-ci illərdə Açıq Cəmiyyət İnstitutunda "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"ndə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının təşkili proqramında layihə əlaqələndiricisi işləyib. Sonra bir il ABŞ-ın Alabama ştatının A&M Universitetində inkluziv təhsil üzrə magistr dərəcəsinə yiyələnib. 2009-cu ildə yenidən Bakıya, əvvəl işlədiyi "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"nə qayıdıraq, 2013-cü ilədək orada layihə rəhbəri, sonradan "Əlilliyi olan uşaqların təhsili: siyasət və münasibətin dəyişdirilməsi proqramı"nın rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı, 2009-2016-cı illərdə Xəzər Universitetində müəllim işləyib. İngilisdilli qruplara təhsilin siyasəti, fəlsəfəsi və digər fənnlərdən dərs deyib. Təhsillə bağlı bir sıra beynəlxalq konfranslarda ölkəmizin təhsil sistemi ilə bağlı təqdimatlar və çıxışlar edib…


…Atası Şəmşir Bəylərov ixtisasca mühasibdir. Uzun illər təşkilatlardan birində baş mühasib işləyib. Anası Gülzar xanım Qum adasında Neft və Qazçıxarma idarəsində çalışıb. 2016-cı ildə dünyasını dəyişib…


2014-cü ildə Təhsil Nazirliyinə baş məsləhətçi kimi işə qəbul olunub və bir il sonra Bakı Təhsil İdarəsinin təhsilin inkişafı şöbəsinə rəhbər təyin edilib. İki il orada çalışdıqdan sonra ABŞ-ın Miçiqan ştatının Holland şəhərinə köçüb. Hazırda Miçiqan Universitetində ikili dərəcə proqramında təhsil alır: Sonda Cerald Ford adına ictimai siyasət məktəbində "Təhsil siyasətinin analizi" üzrə magistr, Təhsil məktəbində isə "Liderlik, inovasiya və idarəetmə" üzrə doktorluq dərəcələrinə yiyələnəcək…

Lamiyə Şərəfxanovanın hazırda təhsil aldığı Gerald Ford adina Public Policy School dünya reytinqində 1-ci yerde qərarlaşıb.

Deyir ki, ən böyük arzusu ABŞ-ın ştatlarından birində yerli hökumətdə işə düzəlməkdir:

“Bu yolla daha böyük uğurlara imza atmaq mümkündür. Azərbaycana, eləcə də burada yaşayan soydaşlarımıza daha çox fayda vermək olar. Öyrəndiklərimi, bildiklərimi isə vətəndə tətbiq etməyə həmişə hazıram"…



…Ömür-gün yoldaşı Yaşar Şərəfxanov ixtisasca elektrik mühəndisidir. Hazırda Koreyanın LG şirkətinin ABŞ-dakı filialında çalışır. Üç övladı var. Əkiz qızlar - Ləman və Fidan xanımlar, elcə də iki yaşlı Cavid bəy…


Yeri gəlmişkən, əkiz qızların oxuduğu məktəbdə VİP valideyn seçilib. Bu o deməkdir ki, bir il ərzində məktəbdə keçirilən tədbirlərdə valideynlər adından danışmaq, dərslərdə iştirak etmək hüququ qazanıb…


Bəli, həyat çox qəribədir, qarşıya qoyulan məqsəd, özünə inam, savad insanı dünyanın harasına desən aparıb çıxara bilir. Təhsil almaq, daha elmli olmaq üçün heç bir çətinlik insanın qarşısında maneə ola bilməz. 

Üç azyaşlı uşaqla qərib bir ölkədə doktoranturada təhsil alan Lamiyə xanım buna bariz nümunədir. Yaxşı deyiblər,- "Niyətin hara, mənzilin də ora"…




Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə 19 yaşlı gənc boğuldu 19 İyul 2019, 00:54 Türkiyədə gəmidə güclü yanğın 19 İyul 2019, 00:41 Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandı 19 İyul 2019, 00:27 “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar 19 İyul 2019, 00:12 ABŞ Fars körfəzində İranın pilotsuz aparatı vurdu 18 İyul 2019, 23:52 Biləcəridə kiçik gizir bıçaqlandı 18 İyul 2019, 23:36 Keşikçidağdakı insidentlə bağlı araşdırma başlayıb 18 İyul 2019, 23:26 Gülnarə Kərimova həbsxanadan çıxarıldı 18 İyul 2019, 23:09 “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib 18 İyul 2019, 22:53 Günəş fəallığı çox aşağı səviyyədə qalacaq 18 İyul 2019, 22:31 Sumqayıtda polis leytenantı iş otağında özünü güllələdi 18 İyul 2019, 22:07 "Səbail" Avroliqada mübarizəni dayandırdı 18 İyul 2019, 21:54 İran Xəzərə hərbi gəmilər buraxacaq 18 İyul 2019, 21:33 Bakıda tanınmış İtaliyalı alimlə görüş - FOTO 18 İyul 2019, 20:58 Şairə Kəmalə Ağayeva vəfat edib 18 İyul 2019, 20:45  “Kim nə istəyir yazsın, vecimizə də deyil” - Anar Bağırov 18 İyul 2019, 20:03 “Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib 18 İyul 2019, 19:50 Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır 18 İyul 2019, 19:39 Biləcəridə yük qatarının vaqonu yanır 18 İyul 2019, 19:25 XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa ziddir 18 İyul 2019, 19:02 Bakıda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI 18 İyul 2019, 18:54 Bu qurum “Azəriqaz”-a 26 milyon manat borcludur 18 İyul 2019, 18:31 İspaniyadan gətirilən badam tingləri məhv edilib 18 İyul 2019, 18:17 Bakıda 6 ayda 36 adamöldürmə cinayətinin üstü açılıb - Prokurorluq 18 İyul 2019, 18:11 Koçaryana qarşı cinayət işi dayandırlıdı 18 İyul 2019, 18:06 Məktəbəqədər təhsil qruplarının sayı artırılacaq 18 İyul 2019, 17:35 Manat və dolların sabahkı məzənnəsi 18 İyul 2019, 17:32 Jurnalistlərə JEST: 3 gün pulsuz müayinə olacaq 18 İyul 2019, 17:15 Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi - FOTOLAR 18 İyul 2019, 17:12 Sabitliyə hücum polisə hücumdan başlayır… – Azərbaycandakı sabitlik hədəfə çevrilir - TƏHLİL 18 İyul 2019, 17:11 Sürücülərin NƏZƏRİNƏ: Bu yolda tıxac yarandı 18 İyul 2019, 17:02 Xəzərdə zəlzələ oldu 18 İyul 2019, 16:57 Bakıda havanın ən çox çirkləndiyi ərazi - MONİTORİNQ 18 İyul 2019, 16:50 Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ 18 İyul 2019, 16:48 “Rustavi 2”-nin baş direktoru istefaya göndərildi 18 İyul 2019, 16:37