Modern.az

“13,8 faiz itki var idi” – “Azərişıq”dan AÇIQLAMA

“13,8 faiz itki var idi” – “Azərişıq”dan AÇIQLAMA

Aktual

4 Aprel 2019, 11:05

""Azərişıq" ASC 2015-ci fəaliyyətə başlayanda 13,8 texniki itki var idi, 2018-ci ildə bu itki 9.8 faizə endirildi".

 

Modern.az-ın məlumatına görə, bunu "Azərişıq" ASC-nin Enerji Satışı Deportamentinin direktorunun birinci müavini Vüqar Nəsibbəyli deyib.

 

O bildirib ki, 2015-ci ildən kabelləşmə işi sürətlə getməyə başladı. "Şəbəkələrin yükgötürmə qabiliyyəti artırıldı. İtkilər nəinki Azərbaycanda, dünyada olan problemdir. Bununla da mübarizə aparılır. Hədəfimiz itkini ən aşağı səviyyəyə çatdırmaqdır".

 

O bildirib ki, "Azərışıq"ın qarşısına qoyduğu məqsəd 0.4 kV-luq elektrik şəbəkəsinin tamamən yenilənməsidir.

 

"2015-ci ildən bu yana 1 milyona qədər sayğac yenisilə əvəzlənib, uçut sistemi dəyişdirib. 2019-cu ilin sonlarına qədər elektrik enerjisində olan itkilərin 0,2 faiz azalması gözlənilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik