Modern.az

Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaratdı - VİDEO

Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaratdı - VİDEO

5 Aprel 2019, 18:03

Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaradıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Doğru Tərəf” təşkilatının üzvü Lilit Martirosyanın transgender olduğu üzə çıxıb.

 

Deputatlara müraciət edən Martirosyan özünü “işgənclərə məruz qalan, öldürülən transgenderlər”in ümumiləşmiş obrazı adlandırıb.

Onun çıxışı “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naziri Zoqrabyanı qəzəbləndirib.

 

“Siz gündəmdə nəzərdə tutulan mövzuda çıxış etmirsiniz”- deyə Zoqrabyan trangenderi tənqid edib. Martirosyan tərəfdarları ilə etiraz olaraq zalı tərk edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi