Modern.az

Trampın namizədi Dünya Bankının prezidenti oldu

Trampın namizədi Dünya Bankının prezidenti oldu

Dünya

5 Aprel 2019, 22:57

Dünya Bankına yeni prezident seçilib.

Modern.az xarici mediaya istinadən xəbər iki, bu vəzifəni ABŞ maliyyə nazirinin müavini Devid Malpass icra edəcək. Onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.

 

Bankın sabiq rəhbəri Cim Yon Kim fevralın 1-də, səlahiyyət müddəti bitmədən istefaya gedib. Cim Yon Kim qərarının səbəbini özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Ondan sonra bu vəzifə icraçı direktor Kristalina Georgiyevaya tapşırılıb.

 

Xatırladaq ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı 5 illik müddətə seçilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür