Modern.az

Türkiyə Fransa hərbi gəmilərinə və təyyarələrinə qadağa qoydu

Türkiyə Fransa hərbi gəmilərinə və təyyarələrinə qadağa qoydu

22 Dekabr 2011, 22:08

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın uydurma “erməni soyqırımı” haqqında qanunu qəbul etməsinə münasibət bildirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qardaş ölkənin baş naziri Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsini pisləyib. 

R.T.Ərdoğan bunu “haqsızlıq və fikir azadlığına qarşı olan qərar” kimi qiymətləndirib: “Fransada azad düşüncə prinsipləri parlamentin deputatları tərəfindən tapdalanıb. Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. Artıq Fransada azad düşüncə yoxdur. Qərarın qəbul olunmasına qarşı çıxan fransalı deputatlara təşəkkür edirəm”.

Onun sözlərinə görə, Türkiyənin bu qərara qarşı səssiz qalması mümkün deyil: “İlkin mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının toplantısından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa Birliyi çərçivəsində layihələrdə iştirakdan imtina edirik”.

Tükiyənin baş naziri bundan sonra Fransa aviaşirkətlərinə məxsus təyyarələrin Türkiyə üzərindən hər bir uçuşu üçün ayrıca icazə alınmalı olduğunu, Fransa hərbi gəmilərinin isə Türkiyə limanlarına buraxılmayacağını bəyan edib. 

“Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün də əlimizdən gələni edəcəyik”, deyə R. T. Ərdoöan vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir