Modern.az

Azərbaycanın 10 milyonuncu sakini - FOTO

Azərbaycanın 10 milyonuncu sakini - FOTO

Aktual

7 Aprel 2019, 21:46

Azərbaycanın 10 milyonuncu sakininin fotosu yayıldı. Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənzadənin atası Rauf Həsənov onun fotosunu Modern.az-a göndərib.

 

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

 

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bakının Sulutəpə qəsəbəsində yaşayan Rauf Həsənov polis serjantıdır. Ailənin ilk övladı olan 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova isə  orta məktəbdə müəllim işləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı