Modern.az

Erməni xarici işlər nazirinə hansı sualları ünvanlayarsınız? - Azərbaycanlı jurnalistlərin CAVABI

Erməni xarici işlər nazirinə hansı sualları ünvanlayarsınız? - Azərbaycanlı jurnalistlərin CAVABI

8 Aprel 2019, 11:17

Aprelin 4-də Brüsseldən Moskvaya uçan təyyarədə ayaqüstü söhbət zamanı erməni jurnalistlərin suallarına tutarlı cavablar verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun diplomatik davranışı xeyli müzakirələrə səbəb oldu.

 

Videodan görünür ki, Elmar Məmmədyarov peşəkar diplomatlara xas cavabla erməni jurnalisti özündən çıxarır, daha sonra ona əsəbləşməməyi məsləhət görərək, emosionallığın jurnalist üçün çox pis hal olduğunu söyləyir.

Bəs maraqlıdır, Azərbaycanlı jurnalistlər erməni xarici işlər naziri ilə görüşərsə, hansı sualları ünvanlamaq istəyərlər?

ATV-də çalışan jurnalist Ariz Tarverdiyev Modern.az-ın sualına belə cavab verib:

"Zohrab Mnatsakanyana İrəvanın mərkəzində multikulturalizm, tolerantlıq parkı haqda sual verərdim. Bu parkı hansı xalqa istinadən, nədən ilhamlanıb salıblar? Olmayan bir şeyi necə əsaslandırmaq olar?

 

Təbii ki, o da bunun əksini söyləyəcək. Mən də pasportumu nazirə göstərib, Ermənistanda doğulduğumu bildirərdim. Sizin millətdən olanlar Bakıda rahat yaşadığı halda, mən bütün şəcərəmin yaşadığı tarixi türk torpaqlarına sayənizdə gedə bilmirəm deyə, nazirə misal çəkərdim".


Digər həmkarımız Azər Rəşidoğlunun Zohrab Mnatsakanyana sualı ilə Rusiya-Ermənistan münasibətləri ilə bağlıdır:

"Ona bir sual ünvanlayardım: siz Ermənistanı Rusiyanın forpostuna çevirməklə bütün mühüm layihələrdən məhrum etmisiniz. Erməni xalqını girova çevirmisiniz. Öz doğma xalqınıza yazığınız gəlmirmi?".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...