Modern.az

Space”dən əxlaqsızlıqla bağlı hiddətli AÇIQLAMA

“Space”dən əxlaqsızlıqla bağlı hiddətli AÇIQLAMA

8 Aprel 2019, 13:44

“4 aprel 2019-cu il tarixdə “Space” TV-də yayımlanan “Hər səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun qonaq qismində iştirak zamanı efir mədəniyyətinə ziddi olaraq əxlaqdan kənar ifadələrə yol verilib”.

 

Bu barədə “Space” telekanlından Modern.az-a verilən açıqlamada bildirilib.


TV-nin rəsmi məlumatına görə, qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən canlı yayımın imkanlarından sui-istifadə ediblər. Belə ki, onlar məhz mahnının səsləndirildiyi zaman efir əxlaqına xas olmayan sözlər işlədiblər:

“Adı çəkilən hər iki müğənninin “Space” TV-yə hər hansı bağlılığı olmadığından, yalnız qonaq qismində iştirak etdiklərindən onlara qarşı bizim hansısa hüquqi addım atmağımız mümkün deyil. Buna baxmayaraq, “Space” TV olaraq efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə də əlaqədar ciddi təxirəsalınmaz tədbirlər gördük”.

Telekanal bəyan edir ki, efirə dəvət olunmuş qonaqların xoşagəlməz hərəkətlərinə görə “Space” TV olaraq hiddətlənir və təssüf edirlər.

Qeyd edək ki, Milli Teleradio və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev Modern.az-a açıqlamasında məsələyə Yasamal rayon Məhkəməsində baxılacağını, telekanalın 8 min manatadək cərimələcəyini açıqlayıb. O eyni zamanda, xoşagəlməz halla bağlı yalnız Rüfət Axundovun cəzalandırılacağını, ona efir qadağasının tətbiq olunacağını açıqlasa da, Rəşad İlyasovun birmənalı şəkildə bu məsələdə günahsız olduğunu vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi