Modern.az

“Hacı Nuranın qucağındakı 10 milyonuncu körpə deyil...” – RƏSMİ  

“Hacı Nuranın qucağındakı 10 milyonuncu körpə deyil...” – RƏSMİ    

8 Aprel 2019, 14:25

Hacı Nuranının sosial şəbəkədəki hesabında paylaşdığı şəkildəki uşaq 10 milyonuncu vətəndaş deyil.

Bu haqda Modern.az-a Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, Hacı Nuran mərkəzdə olmayıb, uşağı görməyib. “Hacı Nuranın niyə belə bir məlumat paylaşdığını anlaya bilmirəm. Biz ümumiyyətlə həmin şöbəyə kişiləri buraxmırıq. Hətta uşağın atasını, nənələrini yanına buraxmamışıq”, -Məmmədova söyləyib.

O qeyd edib ki, hazırda həm ananın, həm də körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu sakini Respublika Perinatal Mərkəzində dünyaya gəlib. Hacı Nuran sosial şəbəkədəki hesabında qucağında uşaq şəkili paylaşaraq onun 10 milyoncu vətəndaş olduğuna işarə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər