Modern.az

Anna Paşinyan: “Qarabağda əsgərlər boş yerə ölüblər”

Anna Paşinyan: “Qarabağda əsgərlər boş yerə ölüblər”

8 Aprel 2019, 15:22

Ermənistan baş nazirinin ABŞ-da səfərdə olan xanımı Anna Paşinyan qalmaqallı açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibə verən Paşinyan, Qarabağda əsgərlərin boş yerə öldüyünü deyib.

“Təmas xəttinədki erməni və azərbaycanlı əsgərlərin ölməməsi üçün sülh təşəbbüsləri lazımdır. Minlərlə qurban olub, amma onlar özlərini boş yerə fəda ediblər. Çünki onların ölümü bizi münaqişənin həllinə 1 santimetr olsun yaxınlaşdırmayıb, əksinə, qarşılıqlı nifrət fonunda uzaqlaşdırıb”-deyə Akopyan açıqlama verib.

Onun verdiyi açıqlama Ermənistanda ciddi narazılıq doğurub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir