Modern.az

Tramp Ərdoğana uduzdu – Amerikalı diplomatlar narahatdır

Tramp Ərdoğana uduzdu – Amerikalı diplomatlar narahatdır

8 Aprel 2019, 17:17

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almaq niyyəti Dövlət Departamenti və Pentaqonda narazılıq yaradıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın Ərdoğanı həmin raketləri almaqda çəkindirə bilməməsi onları narahat edən əsas səbəbdir.

“Türkiyənin S-400 raketlərindən imtina etməsi ümidi fevral ayında Trampla Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı idi. Amma 3 mənbədən verilən məlumata görə, Ərdoğan Tramp tərəfindən tətbiq ediləcək sanksiya hədələrinə məhəl qoymayıb. Trampın qətiyyətsiz cavabı isə Ərdoğana ciddi sanksiyalarla üzləşməyəcəyi əminliyi yaratmışdı. İndi Ankara S-400 raketlərini almağa daha çox yaxınlaşır”-deyə ABC telekanalı öz mənbələrinə istinadən xəbər verir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər