Arxiv
9 Aprel 2019, 08:30 | DİASPOR
Adı Ginnesin Rekordlar Kitabına düşən Las Veqaslı azərbaycanlı - Üzeyir Novruzov

Azərbaycan bu günlərdə 10 milyonuncu sakininə "xoş gəldin" dedi, amma qeyri-rəsmi məlumatlara görə dünyada 50 milyona yaxın soydaşımız yaşayır. Milyonlarla azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq isə hər adamın hünəri deyil. Söhbət adı "Ginnesin Rekordlar Kitabı"na düşən soydaşlarımızdan gedir. 

Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.

Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq, sirk ustası ixtisasına yiyələnib.
1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub.
2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da, müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…


…Atası Ramiz Novruzov 2000-ci ildə Krasnodar vilayətində dünyasını dəyişəndən sonra, onu vəsiyyətinə uyğun Gəncədə dəfn ediblər. Anası Zərifə xanım o vaxtdan Gəncədə yaşayır. Üzeyir dörd uşaqlı ailənin üçüncü övladıdır…

2016-cı ildə Abu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…

Üzeyir deyir ki, bütün dünyanı gəzib, amma Azərbaycanın onun ürəyində öz yeri var: “Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…


…Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da, Azərbaycan dilində danışmağı bacarır. 13 yaşında iki əkiz qızları var- Zarina və Sabrina. İkisi də böyük tennis idman növü ilə məşğul olurlar…


Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır. 

Yeni şou nömrələr üzərində işləyir. Çalışır ki, milli musiqi alətimiz olan sazı öz çıxışlarına əlavə edib amerikalılara tanıtdırsın.

Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəydən başlayır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda minlərlə boşanmış qadına çarə tapıla bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53