Arxiv
9 Aprel 2019, 13:16 | PARLAMENT
“Gözləməliyik ki, kimsə vəzifədə 5 il yeyib-dağıtsın, sonra aşkara çıxsın?” - Deputat NARAZILIQ ETDİ

“Milli Məclis tərəfindən “Hesablama Palatası haqqında” qanun qəbul olunub. Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar böyük fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu gün ölkəmizdə struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur:

“Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna əlavə və dəyişikliklər etməklə, Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib-dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın? Burada itirən dövlət, insanlardır. Çünki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”.

Siyavuş Novruzovun sözlərinə görə, nöqsan, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır.

“Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalıdır, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verməliyik ki, büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36