Modern.az

Ərdoğanla Bahçeli İstanbulda yeni seçki tələb etdi  

Ərdoğanla Bahçeli İstanbulda yeni seçki tələb etdi   

9 Aprel 2019, 15:43

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (ALP) ilə Milliyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən “Cümhur İttifaqı”  İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edəcək.

Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə MHP sədri Dövlət Bahçeli bildirib.
O, İstanbuldakı seçkinin nəticəsi ilə əlaqədar olaraq, "Vicdanı rahatlada biləcək yeni bir seçki keçirilə bilər" deyib.


Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Əli İhsan Yavuz da bu məsələyə toxunub:

“Biz İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi üçün Ali Seçki Komissiyasına müraciət edəcəyik. Bu gün bu barədə xüsusi apelyasiya verəcəyik və seçkilərin nəticələrinə birbaşa təsir edən hadisələr barədə məlumatları açıqlayacağıq”.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə  seçkilərinin nəticələrinə əsasən, İstanbulda Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasından olan opponenti sabiq Baş nazir Binəli Yıldırımı 0,25 faiz səslə (22 min səs) qabaqlayıb. Hakim partiya bununla bağlı İstanbulun bütün 39 dairəsində səslərin yenidən hesablanması tələbi ilə apelyasiya şikayəti verib. Həmçinin partiya səbəbsiz olaraq 300 minə yaxın bülletenin etibarsız sayıldığını və bu səslərin Binəli Yıldırımın qələbəsini təmin edəcəyini bildirir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir