Modern.az

Şoumen Zelenskinin anası prezidentdən gileyləndi

Şoumen Zelenskinin anası prezidentdən gileyləndi

9 Aprel 2019, 17:29

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin anası Rimma Zelenskaya prezident Pyotr Poroşenkodan narazılıq edib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, ikinci turda oğlu ilə mübarizə aparacaq ölkə rəhbərinin oğlunu “məhv etməyə” çalışmasından gileylənib.

“Mən ərimlə bu təhqirləri eşidə bilmirəm. Oğlum təmiz oğlandı. Qazandıqlarını öz zəhməti hesabına əldə edib. Onu nə qədər bütün kanallar vasitəsilə təhqir etmək olar?”- deyə Rimma Zelenskaya deyib.

 

Rimma Zelenskaya oğlunun sadəcə müharibəni sonlandırmaq istədiyini dilə gətirib.

Xatırladaq ki, Pyotr Poroşenko Vladimir Zelenskini müxtəlif vaxtlarda “marionetka”, “Putinin adamı” və “narkoman” adlandırmışdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi