Modern.az

"Brexit"in iyunun 30-da keçirilməsi dəqiqləşdi

"Brexit"in iyunun 30-da keçirilməsi dəqiqləşdi

10 Aprel 2019, 00:01

Böyük Britaniya parlamentinin İcmalar Palatası baş nazir Tereza Meyin Avropa İttifaqından (Aİ) çıxma tarixinin aprelin 12-dən iyunun 30-na keçirilməsi planını bəyənib.

Modern.az xəbər verir ki, 420 parlament üzvü bu addımın leyhinə, 110 parlament üzvü isə əleyhinə səs verib.

 

Qeyd edək ki, daha öncə Mey Avropa İttifaqından  "Brexit"in iyunun 30-na keçirilməsini istəyib, Avropa İttifaqı isə krallığın çıxmasını gələn ilin martına keçirməyi təklif edib.

 

Qərar şənbə günü Avropa Şurasının icalasında qəbul ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?