Modern.az

Meriya binasında partlayış oldu

Meriya binasında partlayış oldu

10 Aprel 2019, 00:35

Çexiyanın şimal-şərqində yerləşən Rimarjov şəhərinin meriya binasında partlayış baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Lyudek Simko bildirib.

O, qeyd edib ki, partlayış zamanı xəsarət alan olmayıb: "Partlayıcı qurğunun meriya binasına kimin keçirdiyini bilmirik. Partlayışdan sonra isə yanğın baş verib".

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar partlayışa səbəbin bomba olmasını təsdiq etməyiblər.

 

Buna baxmayaraq yerli sakinlər jurnalistlərə bildiriblər ki, polislər ehtimal olunan cinayətkarı saxlayıblar. O, meriyanın qarşısında olan bankın binasında həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI