Modern.az

Tramp Türkiyəyə gəlir, Ərdoğan isə Amerikaya...

Tramp Türkiyəyə gəlir, Ərdoğan isə Amerikaya...

10 Aprel 2019, 12:25

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır.

Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib.

Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb.

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...