Modern.az

Türkanda 1 ton kələm oğurlandı

Türkanda 1 ton kələm oğurlandı

10 Aprel 2019, 17:22

Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən kələm məhsulu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir