Modern.az

10 milyonuncu vətəndaşa doğum haqqında şəhadətnamə verildi - FOTOLAR  

10 milyonuncu vətəndaşa doğum haqqında şəhadətnamə verildi - FOTOLAR   

10 Aprel 2019, 17:57

Aprelin 10-da Azərbaycanın 10 milyonuncu vətəndaşının valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək, ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildirərərk, bunu rəsmiləşdiriblər.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətuindən Modern.az-a verilən məlumatda bildirilib.

Valideynlər Azərbaycanın birinci xanımının analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlət başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.

Qeydiyyat şöbəsində 10 milyonuncu vətəndaş Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi təntənəli şəraitdə valideynlərinə təqdim edilib.

Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir