Modern.az

Ermənistan Rusiya kanallarının yayımını məhdudlaşdırır

Ermənistan Rusiya kanallarının yayımını məhdudlaşdırır

Aktual

10 Aprel 2019, 20:35

Ermənistan Rusiya kanallarının ölkədə yayımını məhdudlaşdırır.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə parlamentində “Rossiya” dövlət kanalının yayımının məhdudlaşdırılması müzakirə edilib.

 

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı Narine Tuxikyan Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyanın “Milli komissiyanın televiziya və radionun fəaliyyəti haqqında” hesabatını qanunverici orqanın sədri Tiqran Akopyana xatırladıb.

 

“Mən Ermənistan ərazisində bu televiziyanın yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması, yaxud bəzi proqramların yayımlanması məsələsi ilə maraqlanmışam”, - o bildirib.

 

Parlamentin sədri cavabında vurğulayıb: “Bu telekanalın yayımlanması Ermənistanın informasiya məkanı üçün müəyyən təhlükə yaradır. Bir çox ölkələr, o cümlədən Gürcüstan və Ukrayna artıq bu ideyanı reallaşdırıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!