Modern.az

Bu məhşur "Formula 1" üzrə Azərbaycan Qran Prisində oxuyacaq

Bu məhşur "Formula 1" üzrə Azərbaycan Qran Prisində oxuyacaq

10 Aprel 2019, 21:49

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

 

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi