Modern.az

Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza

Aktual

11 Aprel 2019, 00:36

Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib. Modern.az ONA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, "VAZ 2104" markalı minik maşınının sürücüsü hərəkət zamanı ötmə qaydasını pozub və qarşısındakı "Volkswagen" markalı avtomobili sağdan keçmək istəyib. Nəticədə idarəetmədən çıxan "VAZ 2104" markalı avtomobil həm "Volkswagen"ə, həm də yol kənarındakı işıq dirəyinə dəyib. Avtomobillərə dəyən üçüncü nəqliyyat vasitəsi isə arxadan gələn "Opel" markalı minik maşını olub.

 

Toqquşma nəticəsində "Volkswagen"in sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

 

Yol qəzasının təfərrüatları araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır