Modern.az

Çempionlar Liqasında 1/4 final: “Barselona” qalib gəldi - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final: “Barselona” qalib gəldi - NƏTİCƏLƏR

11 Aprel 2019, 08:04

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.

Modern.az xəbər verir ki, dünənki oyunlardan sonra bu mərhələdə ilk matçlara yekun vurulub.

Amsterdamda  "Ayaks" “Yuventus"u sınağa çəkib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə keçirilib "Mançester Yunayted" "Barselona"nı qonaq edib. Görüş Kataloniya klubunun qələbəsi ilə başa çatıb .

Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) - 1:1 

“Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:1 



“Tottenhem” (İngiltərə)  – “Mançester Siti” (İngiltərə) - 1:0

“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya) - 2:0

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi