Modern.az

Avtosfer.az saytının 5 yaşı tamam oldu  

Avtosfer.az saytının 5 yaşı tamam oldu   

11 Aprel 2019, 08:07

Bu gün Avtosfer.az portalının 5 yaşı tamam olur. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşəkar sürücü; hüquq və vəzifələr” adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilib.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş ilk ixtisaslaşmış portalda oxucular avtomobillər haqqında yenilikləri, yol hərəkəti qaydaları haqqında maarifləndici məlumatları, o cümlədən maraqlı videoları izləyə bilirlər. Vətəndaşlar tərəfindən çəkilmiş videoları yayımlayan portalda qayda pozanlar özlərini tez-tez görə bilir.

Bu, həm də ictimaı qınaq metodur ki, bununla da yol hərəkəti təhlükəsizliyinə dair təbliğat aparılır.

Portal həmçinin oxucuların “Suallara cavab” bölməsi ilə ünvanlanan suallarına peşəkar ekspertlərin cavablarını təqdim edir. Qeyd edək ki, portal bu illər ərzində yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra layihələrin icraçısı, iştirakçısı olub.

Avtosfer.az-ın gündəlik izləyəcə sayı 15-30 min arası olur.

Modern.az həmkarları təbrik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir