Modern.az

Azərbaycan diasporu tarixində daha bir İLK - təsis qurultayı olacaq

Azərbaycan diasporu tarixində daha bir İLK - təsis qurultayı olacaq

11 Aprel 2019, 09:43

“Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqləndi”.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məlumat verib. Məlumatında bildirilir ki, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib:

“Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək”.

 

Qeyd edək ki, bir müddət öncəyə qədər Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı yaşanırdı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov problemin aradan qaldırması üçün addımlar ataraq, diaspor təşkilatlarının vahid şəkildə birləşməsinə nail oldu.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir