Modern.az

Komitə sədri: “Daxili siyasətimiz sırf vətəndaş amilinə bağlıdır”

Komitə sədri: “Daxili siyasətimiz sırf vətəndaş amilinə bağlıdır”

11 Aprel 2019, 13:31

“Bildiyiniz kimi, 2018-ci ilin 11 aprelində cənab prezidentimiz səs çoxluğu ilə növbəti 7 il üçün ölkəmizə rəhbər seçildi. Bu, onun əvvəlki prezidentliyi dövründə göstərdiyi fəaliyyətə verilən qiymət kimi dəyərləndirilə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında çıxış edən Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı komitə sədri Ülvi Quliyev deyib.

 

O bildirib ki, ötən bir il müddətində ölkədə əvvəlki siyasət davam etdirildi.

 

“Ən vacib olan sabitlik, təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçilirdi. Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan danışmaq mümkün deyil.

 

Daxili siyasətimizdə ölkə başçısı mühüm tədbirlərə, uğurlara imza atıb. Daxili siyasətimiz sırf vətəndaş amilinə bağlıdır. Xalqımızın rifah halının yüksəldilməsi həyat səviyyəsinin yaxşılaşmasına hesablanıb. Xarici siyasətimizdə isə xarici dövlətlərin daxili işlərinə qarışmamaq əsasında bütün dövlətlər ilə əməkdaşlığımız il-ildən möhkəmlənir”.

 

Deputatın sözlərinə görə, bütün istiqamətlərdə cənab prezidentin rəhbərliyi ilə işlər həyata keçirilir.

 

“Eyni zamanda gənclər və idman siyasəti də cənab prezidentin diqqət ayırdığı sahələrdən biridir. Məhz 2 fevral Gənclər günündən öncə fevralın biri cənab prezidentin gənclərlə görüşü və çıxışı çox önəmli idi. Çünki cənab prezidentin çıxışında gənclər üçün bir yol müəyyən olunur. Fürsətdən istifadə edib cənab prezidentimizi bir daha təbrik edək və gələcək həyatında uğurlar arzulayaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu