Modern.az

Assanc ABŞ-a ekstradisiya oluna bilər

Assanc ABŞ-a ekstradisiya oluna bilər

11 Aprel 2019, 16:38

Böyük Britaniya hakimiyyəti jurnalist Culian Assancı qanunvericilyində ölüm hökmü olan ölkələrə ektradisiya etməyəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi London Assancı təslim edən Ekvador hökumətinə zəmanət verib.

Bununla belə, rəsmi London Assancın ABŞ tərəfinin sorğusu əsasında Londondakı Ekvador səfirliyində tutulduğunu etiraf edib.

 

“Vikiliks” səhifəsinin yaradıcısı olan Assanc 2012-ci ildə İsveçdə seksual zorakılıqda və zorlamada ittiham olunmuşdu. Həbsdən qaçmaq üçün o, Londondakı Ekvador səfirliyinə qaçmışdı. Son 7 ili jurnalist səfirliyin ərazisindən çıxmadan yaşayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı