Arxiv
12 Aprel 2019, 08:32 | MƏDƏNİYYƏT
“Erməni konyakı”nda alman izi - Böyük YALAN  

Ötən günlərdə Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirildi. Konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.

Həmin tədbirdə alman tarixçisi Aux Eva-Mariyanın çıxışı diqqət çəkmişdi. O bildirdi ki, uzun müddətli araşdırmalarla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izləyiblər:

“Bu bölgədə tarixən indiyə kimi azərbaycanlılarla yanaşı, gürcülərlə də almanların bağlılğını tapdıq, amma yalnız ermənilər haqda bunu demək olmur. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə "erməni konyakı" adı ilə təbliğat aparırlar, əslində o konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda o vaxt məskunlaşan almanlar olub"- deyən, tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.


A.Eva-Mariyanın çıxışında qeyd etdiyi məqam – erməni konyakının əslində Azərbaycanda məskunlaşan almanlara məxsus olması, ermənilərin bunu mənimsəməsi faktı ölkəmizdə də maraqla qarşılandı.


Əqli Mülkiyyət Agentliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanda konyakın tarixi, hansı növ konyakın hansı xalqlara məxsus olması, tanınması ilə bağlı beynəxalq qurumlara müraciət olunub. Agentlikdən bildirilib ki, bu məsələ xeyli müddətdir, qurumun araşdırmasındadır:

“Azərbaycanda konyakın tarixi ilə bağlı məsələ çoxdan qaldırılıb. Araşdırma da aparılıb. Bu ümumi araşdırma olduğundan “erməni konyakı” adı ilə tanınan konyak da bura daxildir. Amma konkret bu konyakın müəllif hüquqları ilə əlaqdar beynəlxalq təsisatlara müraciət olunmayıb”.



Modern.az tarixi mənbələrə istinadən xatırladır ki, Cənubi Qafqazda ilk alman koloniyası bugünkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına  (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Alman yaşayış məntəqələri plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.

Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndi) və s. yarandı. 

XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdi. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Göygöl ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. 

Almanların Azərbaycana yerləşdirilməsindən sonra - əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi. Onların məskunlaşmasından sonra Qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir. 


Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər.  Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikilib. 
Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar.

Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da onlar qoyub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52