Modern.az

Qəddafinin torpağa basdırdığı 20 ton saf qızıl tapılıb

Qəddafinin torpağa basdırdığı 20 ton saf qızıl tapılıb

25 Dekabr 2011, 12:31

Bu ilin oktyabr ayında öldürülən Liviyanın sabiq diktatoru Müəmmər Qəddafinin ölkənin cənubundakı Zale şəhəri ərazisindəki bir səhrada basdırdığı 20 ton saf qızılın tapıldığı xəbər verilir. “Barniq” adlı qəzetin xəbərinə görə, qızıllarla birlikdə 80 milyon avro pul da yerin altından çıxarılıb.

Qəzet pul və qızılların ölkənin cənubunda müxalif qruplar arasında davam edən qarşıdurmalar əsnasında tapıldığını yazır.

Müəmmər Qəddafinin mülkiyyəti mövzusunda fərqli rəqəmlər danışılarkən, Fransanın “Xəbər 24” kanalına görə bu rəqəm 85 milyard avro ətrafındadır. Livyalı səlahiyyətlilər isə bu məbləği 200 milyard dollar ətrafında təxmin edir.

Qəddafiyə məxsus pulların əhəmiyyətli bir qisiminin dünyanın fərqli ölkələrindəki banklarda və əmlak sərmayələrində olduğu bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır