Modern.az

Türkiyədə fransız mallarına ilk boykot tətbiq edildi

Türkiyədə fransız mallarına ilk boykot tətbiq edildi

25 Dekabr 2011, 13:22

Fransa Milli Məclisində qondarma ““erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması” qanununun qəbulu Fransa-Türkiyə arasındakı böhranın dərinləşməsinə yol açıb. Artıq Türkiyədə fransız mallarının boykot edilməsi istiqamətində ilk addım da atılıb.
Modern.az-ın məlumatına görə, Türkiyə Təhlükəsizlik Baş Müdirliyi müdir köməkçilərinin istifadəsi üçün alınması planlaşdırılan “Peugeot 508” markalı avtomobillərdən imtina edib. Bundan başqa, siyasi böhran səbəbiylə təhlükəsizlik sahəsinə dair ikili əməkdaşlıq razılaşması da ləğv ediləcək.
Qeyd edək ki, “Peugeot 508” Fransanın ən çox satdığı avtomobil markasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi