Modern.az

Döyüldüyü deyilən şagird haqda həkim RƏYİ - FOTO

Döyüldüyü deyilən şagird haqda həkim RƏYİ - FOTO

12 Aprel 2019, 14:05

Xəbər verdiyimiz kimi, Bakıda şagirdin müəllimi tərəfindən döyüldüyü deyilir.

Döyüldüyü deyilən yeniyetmənin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbin şagirdi olduğu və hadisənin məktəbdə baş verdiyi bildirilir.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov döyüldüyü iddia olunan şagirdin evə buraxıldığını bildirib.

“Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Hazırda evlərinə gedir. Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı