Modern.az

Qol.az “İlin idman saytı” nominasiyasını aldı

Qol.az “İlin idman saytı” nominasiyasını aldı

26 Dekabr 2011, 10:54

Dünən “İmarət” fan-klubu 2011-ci ilin yekunlarına həsr olunan tədbir keçirib.

Qol.Az-ın məlumatına görə, fan-klubun İdarə Heyətinin üzvləri Rövşən Abbasov və Qabil Hüseynov klubun həyata keçirdiyi işlər, bundan sonra görəcəyi tədbirlər haqda ətraflı məlumat veriblər.

Mərasimdə “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, klubun təsisçilərindən olan Adil Nadirov çıxış ediblər.

Sonra “İmarət” fan-klubunun üzvləri arasında aparılmış rəy sorğusunun nəticələrinə görə ilin qaliblərinin adları açıqlanıb. 
“Qarabağ”ın təsisçilərindən Adil Nadirov "Əvəzsiz xidmətlərinə görə", “Qarabağ”ın direktoru Əmrah Çəlikəl "İmarət”in dostu" nominasiyasında təltif olunublar.

Rauf Əliyev "İlin futbolçusu", Namiq Yusifov "İlin Ən fədəkar futbolçusu", Qara Qarayev "Ən gənc ulduz", Vüqar Nadirov "Ən gözəl qolun müəllifi", Qol.Az "İlin idman saytı", Nihat Ağasoy "İlin idman jurnalisti", “Futbol+” "İlin idman qəzeti", “Qol Saatı” isə "İlin idman verilişi" nominasiyasında qalib elan edilib.

“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, “Azadlıq” radiosunun müxbiri İlqar Rəsul və Qarabağ qazisi Elməddin Səfərov "İmarət”in fəxri üzvü adına layiq görülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır