Arxiv
15 Aprel 2019, 10:48 | HADİSƏ
Elçibəy, İsa Qəmbər və Pənah Hüseynə İTTİHAM: “Məğlub olublar”

“Köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyət çox aşağı səviyyədədir. Gələcəyi görə bilmirlər, xalqa verə biləcəkləri heç nə yoxdur".

 

Bu barədə Modern.az-a müxalifət nümayəndələri arasında son zamanlar müşahidə olunan gərginliklərdən danışarkən politoloq Zərdüşt Əlizadə bildirib. O düşünür ki, 1988-1993-cü illər müxalifətin ən yüksək zirvəsi idi:

 

"Bu dövrdən indiyə qədər heç bir inkişafları olmayıb. Onsuz da o zamanlar da dövrə uyğunlaşa bilmirdilər. İndi isə tamamilə geridə qalmış addımlar atırlar. Azərbaycanın siyasi səhnəsində REAL-ın üzvlərindən, kişi və qadınlarından başqa işıqlı, savadlı, xalqa düzgün yol göstərən təşkilat görmürəm.Azərbaycan Xalq Hərəkatı adlanan təşkilatda da gərginliklər yaşanır. Onlar kimdirlər, heç adlarını da çəkmək istəmirəm. Bizim nə müsibətlərimiz, nə bəlalarımız var, onlara görə başımıza gəlib. Azərbaycan xalqına ziyan vurublar, böyük xəyanətlər ediblər”.

 

Z.Əlizadə bildirib ki, AXCP və REAL üzvləri arasındakı gərginliyi görəndə narahat olub.

 

“REAL üzvlərinə məsləhət gördüm ki, onlara bulaşmayın. AXCP, Müsavat, Xalq Hərəkatı  - onlara baş qoşmaq lazım deyil. Onsuz da xalq arasında hörmətləri də yoxdur. AXCP üzvləri nüfuzlarını bir qədər yüksəltmək üçün REAL-çılarla münaqişə yaradırlar. Əslində onlar çox aşağı səviyyədə adamlardır.

 

Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. Əbülfəz Elçibəy , İsa Qəmbər, Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun”.

Zərdüşt Əlizadə REAL-ın sıralarında təmsil olunmaq ehtimalına da toxunub:

 

“Mənim artıq 74 yaşım var. O yaşım deyil ki, hansısa siyasi partiyaya qoşulum. REAL-ı dəstəkləyirəm, düzdür, amma partiyanın üzvü deyiləm. Mən cavan olanda fəal idim, siyasi dialoqlara qoşulurdum, amma indi o həvəsim yoxdur. Hər yaşın özünə uyğun davranışları olmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA 12 Dekabr 2019, 10:07 İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib 12 Dekabr 2019, 10:05 Prezident Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi 12 Dekabr 2019, 10:02 ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfəyədək böyükdür - RƏQƏM   12 Dekabr 2019, 09:59 Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verdi - FOTOLAR 12 Dekabr 2019, 09:55 Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu 12 Dekabr 2019, 09:45 Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı 12 Dekabr 2019, 09:41 Bu gecə cəbhədə vəziyyət çox gərgin olub  12 Dekabr 2019, 09:35 Bakıda bəzi yollar bağlandı - SİYAHI 12 Dekabr 2019, 09:26 176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb 12 Dekabr 2019, 09:15 Nazir müavininin qardaşı vəfat edib 12 Dekabr 2019, 08:49 YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI 12 Dekabr 2019, 08:27 Bu gün AvroLiqada 22 oyun - “Qarabağ” son matçına çıxır - TƏQVİM 12 Dekabr 2019, 08:17 Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı - “Qalatasaray” darmadağın oldu - NƏTİCƏLƏR 12 Dekabr 2019, 08:13 Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Əbədiyyətə Azərbaycan yazan lider - anım günüVİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51