Modern.az

Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi

Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi

15 Aprel 2019, 12:55

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

 

Bu barədə Modern.az-a AQTA-dan məlumat verilib.

“Sun Food” istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün agentliyə müraciət edib.

 

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi