Arxiv
15 Aprel 2019, 15:22 | AKTUAL
“AzerGold” və “Regional İnkişaf”ın iqlim dəyişikliyi mövzusunda TƏLİMİ

11-14 aprel 2019-cu il tarixlərində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim təşkil edib.

 

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov BMT-nin təşəbbüsü ilə hazırlanan və 193 ölkənin qoşulduğu Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030-un milli səviyyədə icra edildiyini qeyd edərək, bu istiqamətdə  ölkədə həyata keçirilən dövlət proqramlarını sadaladı. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən ətraf mühitin mühafizəsi, müxtəlif sahələrdə, xüsusilə də sahibkarlığın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələri, irəli sürülən təşəbbüsləri örnək göstərən Zakir İbrahimov, “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət tədbirləri haqqında da ətraflı məlumat verib.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov iqlim dəyişikliyi və bu istiqamətdə görülən tədbirlər haqqında çıxış ediblər.

 

Qeyd edək ki, 4 gün davam edən təlim zamanı Gəncə-Qazax, Aran, Lənkəran və Naxçıvan iqtisadi rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında praktik biliklər əldə ediblər. İnteraktiv şəkildə sualların cavablandırıldığı, geniş müzakirələrin və fikir mübadiləsinin aparıldığı təlimin sonunda fermerlər müvafiq sertifikatlarla təltif olunublar.

 

Rəsmi dövlət qurumlarının, elm və təhsil ocaqlarının, müstəqil ekspertlərin təlimçi qismində iştirak etdiyi tədbirdə əmək qabiliyyətli əhalinin böyük hissəsinin məşğul olduğu kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial rifahın daha da yüksəlməsinə dəstək göstərmək və bununla da “Dayanıqlı İnkişaf  üzrə Qlobal Hədəflər 2030”-a nail olunmasına töhfə vermək məqsədlərini daşıyır.  

 

Xatırladaq  ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişinə 26 oktyabr 2016-cı il tarixindən etibarən qoşulub və bu istiqamətdə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41 Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ 27 İyun 2019, 10:39 Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir 27 İyun 2019, 10:35 “Ağac adam” qollarının amputasiyasını istəyir - FOTOLAR 27 İyun 2019, 10:28 Azərbaycandakı diplomatlar Şəkiyə getdilər 27 İyun 2019, 10:25 Bakı Şəhər Baş Polis İdarəsi reydlər keçirdi – xeyli sürücü cərimələndi 27 İyun 2019, 10:17 Sabiq baş prokurura 10 il iş kəsildi 27 İyun 2019, 10:14 “Sosial ödənişlər üçün vahid məbləğ müəyyən edilməlidir”  27 İyun 2019, 10:03 1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA: "Tam qərəzlidir" 27 İyun 2019, 10:02 Qərbi Kaspi Universitetində YENİLİK 27 İyun 2019, 09:56 Cəbhədə nisbi sakitlik müşahidə olunur 27 İyun 2019, 09:53 Masallıda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb 27 İyun 2019, 09:45 General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO 27 İyun 2019, 09:34 Deputatın toxunulmazlığı ləğv edilib - Parlament onun həbsinə razılıq verib 27 İyun 2019, 09:21 Milli Məclisin daha 2 gərgin iclası - 49 məsələ müzakirəyə çıxarılır  27 İyun 2019, 09:18 Türkiyədə 8 PKK-çı zərərsizləşdirildi 27 İyun 2019, 08:55 İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI 27 İyun 2019, 08:51