Modern.az

Samboçumuz erməniyə qalib gəldi

Samboçumuz erməniyə qalib gəldi

15 Aprel 2019, 15:37

Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan dörd bürünc medal qazanıb.

Belə ki, yeniyetmələrdə Vilayət Bayramov (-62 kq), Mehman Mehdizadə (-57 kq), gənclərdə isə Sahib Babayev (-48 kq) və Toğrul Salmanov (+87 kq) üçüncü yerə çıxıb.

Azərbaycan samboçularından Röyal Rüstəmov (-65 kq) medal qazana bilməsə də, 1/4 finalda Ermənistan idmançısı Arsen Avedisyana 2:0 hesabı ilə qalib gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir