Modern.az

Ukrayna Azərbaycanlıları Radasının həmsədri: “Birləşməyimiz siyasi pillələrdə yüksəlişimizə təkan verəcək”  

Ukrayna Azərbaycanlıları Radasının həmsədri: “Birləşməyimiz siyasi pillələrdə yüksəlişimizə təkan verəcək”   

15 Aprel 2019, 15:46

Xəbər verdiyimiz kimi, dünən Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib. Qurultayda vacib məsələlər müzakirə olunub.

Modern.az saytı qurultayın əhəmiyyəti barədə bir neçə təşkilat sədrinin fikirlərini alıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri  Rövşən Tağıyev deyib ki, son illərdə Azərbaycan diaspor təşkilatları arasında  müəyyən fikir ayrılıqları olsa da, artıq  bu məsələ məntiqi həllini tapıb:


“Bu gün Ukraynada fəaliyyət göstərən ən güclü diaspor qurumları Ukrayna Azərbaycanlıları Radası adlı bir təşkilat ətrafında birliyini nümayiş etdirdi. Biz 200-dən artıq təmsilçinin eyni fikirdə olduğuna şahidlik etdik. Azərbaycançılıq ideologiyasına xidmət edən hər bir azərbaycanlı  ortada olan çatışmazlıqları bir-birinə deməlidir və çalışmalıdır ki, çətinliklər aradan götürülsün ki, biz güclü bir struktura çevrilək.  Bu güc sayəsində biz Ukraynada yaşayan azərbaycanlılara dəstək olmalıyıq. Siz bilirsiniz ki, Ukrayna keçmiş Sovet İttifaqı respublikaları arasında Azərbaycanın ən yaxın dostudur. Ukrayna ilə Azərbaycanın işğal olunmuş torpaqlarla bağlı oxşar problemi var. Bu məsələ ilə bağlı bizə yeni bir strategiya lazım idi. Bu strategiya da ondan ibarət idi ki, Ukraynanın ictimai-siyasi adamları ilə görüşlər zamanı biz azərbaycanlıları  sevməyənlərə imkan verməyək ki,  aramızda parçalanmadan danışa bilsinlər. Harada birlik varsa, orada da güc var. Biz inanırıq ki, bu proses azərbaycanlıların Ukraynada siyasi pillələrdə daha da yuxarı qalxmağına təkan verəcək. Ötən ildən  birlik naminə irəli sürdüyümüz prinsiplər qəbul olundu.

Təklif etmişdik ki, Radada bir sədr yox, həmsədrlər olsun, heç bir azərbaycanlı öz həmvətəninə qarşı Ukrayna  mediası vasitəsilə çirkin PR kampaniyası aparmasın,  heç bir diaspor təşkilatı və rəhbəri Ukraynanın dövlətçiliyinə ziyan gətirən  çağırışlar etməsin.  Təbi ki, demokratik prinsipli tənqid etmək olar, amma  ümumi Azərbaycan diasporu ilə əlaqəyə ziyan gətirəcək hər hansı bir hərəkət etmək olmaz.
Ukrayna Azərabycanlıları Radası artıq təsis olundu və orda həmsədrlər, İdarə Heyətinə üzvlər seçildi.  Planımız var ki, strateji  şura yaradılsın. Hər bir diaspor rəhbəri həmin şuraya daxil olacaq və ildə ən azı iki dəfə toplantılar keçiriləcək. Regionlara da nümunə kimi göstərdik ki, bölgələlərdəki təşkilatlar regional birliklər, şuralar yaratsınlar. Bu tarix Azərbaycan diasporunun həyatında yeni bir mərhələdir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər