Modern.az

Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı ELAN EDİLDİ

Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı ELAN EDİLDİ

15 Aprel 2019, 16:18

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

"Kompensasiyaların necə əldə ediləcəyinə dair banklardan (hazırda fəaliyyət göstərən bankların müştərilərinə münasibətdə) və Azərpoçt MMC-dən (bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə) müştərilərə müvafiq bildirişlər göndəriləcək. Həmin bildirişlərdə vətəndaşın yaxınlaşmalı olduğu ünvan, tarix və kompensasiya məbləği əks etdirilir. Kompensasiya məbləği 500 manatdan yuxarı olan şəxslərə plastik kartla, 500 manat və ondan aşağı məbləğdə kompensasiya alacaq şəxlərə isə pul köçürməsi (cash by code və s.) vasitəsilə ödənişlər ediləcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu