Modern.az

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv edilib

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv edilib

15 Aprel 2019, 19:56

Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli fərmanını ləğv edib.

 

Modern.az-ın məlumatına görə, bu fərman “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” ilə əlaqədar imzalanıb.

 

“Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli fərmanı ilə təsdiqlənib. Fərmanda “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi ilə əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi