Modern.az

Daha bir ölkə Venesuelaya qarşı sanksiyaları genişləndirib

Daha bir ölkə Venesuelaya qarşı sanksiyaları genişləndirib

15 Aprel 2019, 20:32

Kanada hökuməti Venesuelanın daha 43 vətəndaşına qarşı sanksiya tətbiq edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kristia Frilandın rəsmi bəyanatında deyilir.

 

O, konkret adlar göstərməsə də, məhdudlaşdırıcı tədbirlərin Maduro rejiminin ali rütbəli rəsmilərinə, bölgə qubernatorlarına, demokratik təsisatların sarsıdılması istiqamətində tədbirlərdə bilavasitə əli olanlar”a qarşı yönəldiyini vurğulayıb.

 

“Maduro diktaturası hazırkı böhran üçün, venesuelalıların təməl hüquq və ehtiyaclardan məhrum olunması üçün hesabat verməlidir. Kanada Venesueladakı Konstitusiya demokratiyasının dinc bərpasına dəstək verir”, - bəyanatda qeyd olunur.

 

Bu gün kanadalı nazirin həmçinin Venesuela müxalifətinin lideri Xuan Quaidonu dəstəkləyən Lima Qrupu ölkələrinin Çilinin paytaxtı Santiyaqodakı toplantısında iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Kanada bundan əvvəl Venesuelanın 70 vətəndaşına sanksiya tətbiq etmişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı