Modern.az

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edir

15 Aprel 2019, 22:51

ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia Türkiyə mətbuatında yayılıb.

 

“Yeni Şəfəq” qəzetinin yazarı Mehmet Acetin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi türkiyəli həmkarlarına 30-dan çox sanksiyanın yer aldığı siyahı təqdim edib. Bu siyahıdakı maddələr Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi tədarük etməsi təqdirində tətbiq olunacaq. Burada, həmçinin, F-16 qırıcılarının hissələrinin tədarükünü dayandırmaqla bağlı sanksiyaya da yer verilib.

 

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında müxtəlif səbəblərdən ortaya çıxan gərginlik zamanla maliyyə böhranlarının yaranması səviyyəsinə qədər gəlib çatıb. ABŞ Türkiyənin dollardan asılılığından istifadə edərək öz istəklərini həyata keçirmək üçün bu fürsətdən təhdid kimi istifadə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir