Arxiv
16 Aprel 2019, 11:25 | AKTUAL
Azərbaycana ən çox idxal olunan ərzaq malları...

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub.


Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2955,4 milyon dollar, idxalın dəyəri 2165,8 milyon dollar təşkil etmiş, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13,0 faiz, o cümlədən idxal 49,1 faiz artmış, ixrac isə 4,0 faiz azalmışdır. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3,0 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ilin yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,3 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1 faiz), Türkiyəyə (22,6 faiz), Gürcüstana (13,1 faiz), İsveçrəyə (7,3 faiz), İrana (3,0 faiz), Yunanıstana (3,0 faiz), İtaliyaya (2,8 faiz), Çinə (2,3 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (2,0 faiz) və ABŞ-a (1,6 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

 2019-cu ilin yanvar-fevral aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2 faiz, təzə tərəvəz – 1,6 dəfə, tütün – 19,0 faiz, şəkər – 15,5 faiz, çay – 18,9 faiz, meyvə və tərəvəz konservləri – 16,8 faiz, bitki yağları – 4,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 8,5 faiz, pambıq lifi – 2,9 dəfə, emal olunmamış alüminium – 7,6 faiz, pambıq ipliyi – 9,3 faiz, bentonit gili – 30,6 faiz, qara metallardan yarımfabrikatlar – 2,4 dəfə artmış, meyvə və tərəvəz şirələri ixracı isə 19,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 35,5 faiz, kartof – 27,6 faiz, polietilen – 4,8 faiz, qara metallardan borular – 65,8 faiz azalmışdır.

2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında buğda idxalı 16,1 faiz, xam şəkər və şəkər – 3,3 dəfə, bitki yağları – 13,9 faiz, siqaret – 24,4 faiz, kartof – 38,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 2,1 dəfə, mal əti – 8,9 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 1,3 faiz, mineral gübrələr – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 49,1 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, mebellər – 35,3 faiz, polietilen – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, qara metallardan künclüklər – 34,5 faiz, məişət kondisionerləri – 2,0 dəfə, avtobuslar – 3,4 dəfə artmış, təzə meyvə idxalı isə 6,4 faiz, çay – 19,6 faiz, təzə tərəvəz – 5,6 faiz, qara metallardan borular – 24,7 faiz, rezin şinlər – 14,1 faiz, paltaryuyan maşınlar – 21,7 faiz, sement və sement klinkerləri – 47,2 faiz, məişət soyuducuları – 26,4 faiz azalmışdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12