Modern.az

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

16 Aprel 2019, 12:21

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Sənədə görə, mühasibat uçotu subyekti tərəfindən maliyyə hedabatlarının və birləşdirilmiş  maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi o cümlədən hesabatlarda  və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə  vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə hüquqi şəxslər 1100 manatdan 2000 manatadək  məbləğdə cərimə edilir.

462.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə olunur.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla digər ictimai əhəmiyyətli qurumların, sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının  və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş  maliyyə hesabatlarını dərc edən publik  hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəsifəsinə  təyin edilməsinə, habelə peşəkar mühasib olmayan  şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə  vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respubliaksının  İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu  haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir