Modern.az

Politoloq nazirlərin razılaşmasından NARAZIDIR: İmitasiya xarakteri daşıyır

Politoloq nazirlərin razılaşmasından NARAZIDIR: İmitasiya xarakteri daşıyır

16 Aprel 2019, 15:52

Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərlərinin  təşkil olunması barədə razılığa gəlinib.

Həmçinin  əldə olunan digər razılığa görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində məskunlaşan və  kənd təsərüfatı ilə məşğul olan insanlara heç bir mane törədilməməli və hlükəsizlikləri  təmin olunmalıdır

Atəşkəs dövründə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əldə etdikləri razılıq münaqişənin həll edilməsinə nə dərəcədə kömək ola bilər?


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, xarici işlər nazirlərinin bu addımlarını sülhə doğru addım kimi dəyərləndirilib-dəyərləndirilməməsi birmənalı qəbul oluna bilməz.


Sabiq dövlət müşaviri vurğulayıb ki,  illərdir ermənilər Sərsəng su anbarının qabağını kəsiblər.


“Avropa Şurası bunu Azərbaycana qarşı “su soyqırımı” adlandırır. Ermənilər humanitar yardımdan danışaraq  suyun qarşısını kəsirlər”.


Siyasi ekspertin sözlərinə görə,  jurnalistlərin görüşləri təşkil edilsə də, narahatlıq doğuran başqa məqamlar mövcuddur:

“Baş tutan görüşdə girovların adının salınmaması narahatlıq törədir. Çünki girovların sayını erməni tərəfi gizlədir. Yalnız onlardan bizə əsir düşən bir neçə hərbçi var. Azərbaycandan isə sərhəd xəttini keçib Ermənistan ərazisinə keçən sağlam olmayan insanlar var”.


Qabil Hüseynli diplomatların görüşündə əldə edilən razılığın heç də sülhyaratma prosesi ətrafında getmədiyini söyləyib:

“Əldə edilən razılıqlar  daha çox imitasiya xarakteri daşıyır. Gündəliyə əsaslı dəyişiklik kimi sülh prosesinə nail ola biləcək məsələləri salmaq istəmirlər. Ona görə də ikinci, üçüncü dərəcəli məsələlərin müzakirəsini çıxarırlar. Bu məsələlər də Azəbaycan tərəfi üçün o qədər də maraqlı deyil. Azərbaycan üçün ən mühüm məqam humanitar məsələdir -  Tərtər çayı və onun üzərində tikilmiş Sərsəng su anbarının Azərbaycana verilməsidir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir