Arxiv
16 Aprel 2019, 16:47 | ƏDƏBİYYAT
60 yaş nədir hələ?..

Mehribandır - hardan gəlib, harda olduğunu və sonda hara gedəcəyini bilənlərin adətidir…

Təvəzökardır- insanı sevdirən ilahi rəngdən onda da var…

Şux zarafatları dodaq qaçırır- kübarlıq qandan gəlir…

Səxavətlidir- Yaradanın vergisini bəndələrinə ödəməyə çalışır…

Məzəli söhbətləri ilə ürəkləri fəth edən bu insanın xətri çox adamın yanında əzizdir.

O, 1959-cu ildə müəllim ailəsində doğulub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. Oranı fərqlənmə diplomu ilə başa vurub. Həkim-cərrah ixtisasına yiyələnib.
1986-cı ilədək Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasında çalışıb. 
1986-cı ildən 1989-cu illədək Moskvada aspiranturada təhsilini davam etdirib.
1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə sahib olub. 

1989-cu ildən başlayaraq Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanda, eləcə də bir sıra özəl klinikalarda cərrah kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Tibb Universitetin professoru və Tədris Cərrahlıq Mərkəzinin cərrahiyyə şöbəsinin rəhbəridir... 

2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb.

2009-cu ildən prezident yanında Ali Attestasiya Kommisiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən tanınan, səhiyyənin təşkili üzrə beynəlxalq dərəcəli ekspertdir.

Ailəlidir, bir övladı var…

Haqqında söhbət açdığım professor Mübariz Əliyev bir başqa aləmdir. Lap elə nağıllardakı kimi. O aləmə düşdünsə, sehirlənəcəksən… 

Həyatının mənasını oğlu Yaqubda, bir də peşəsi ilə xalqa xidmətdə görən bu cərrahın əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb. Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o, başlayıb, o, ənənəyə çevirib…

Günələrin bir günü 65 yaşlı bir xəstə qarın boşluğundakı ağrılarla ona müraciət edir. Müayinə zamanı məlum olur ki, həmin xəstədə mədəaltı vəzinin xərçənginin ağırlaşmış formasıdır. Damarlara sirayət edən törəmə qonşu orqanlara da xələl yetirib. Bunu görən Mübariz Əliyev dərhal Almaniyaya yola düşür, orada bu sahədə peşəkarlaşmış hospitalda, bir neçə əməliyyatda iştirak edir və tezliklə vətənə dönərək həmin xəstəni əməliyyata hazırlayır. Əməliyyat uğurlu alınır və xəstə yenidən normal həyata qayıdır. Necə deyərlər, ölümün pəncəsindən qurtulur...

Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan onu yaşadıqca hiss etdiyi kimi, hətta əməliyyat olunan nahiyyəyə baxarkən tikişdən də görür…
Bu yaxınlarda P.L.Şupik adına Ukrayna Milli Diplomsonrası Tibb Akademiyasının 100 illik yubiley tədbirində iştirak edib. Həmin tədbirdə ölkəmizdən dəvət olunan yeganə nümayəndə kimi milli tibbi elmimizin keçmişi, bu günü və gələcəyi haqqında möhtəşəm bir nitq söyləyib. Ukrayna, alman mütəxəssisləri ilə məhsuldar əməkdaşlığına, təcrübə mübadiləsinə görə, ona Ukrayna Milli Bankının bu yübileylə əlaqədar təsis etdiyi xatirə pul vahidi təltif olunub…

Mübariz Əliyev haqqında çox danışmaq, çox söz demək olar. O, fədakarlığı sayəsində ölkəmizdə tanınan, ictimai çəkisi olan həkimlərdəndir...

Aprelin 16-sı professor Mübariz Əliyevin 60 yaşı tamam olur. Bir mahnıda deyildiyi kimi:- “60 yaş nədir hələ?” Bəli, ömrün ən gözəl, ən şirin çağları hələ irəlidədir...

Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! 

60 yaşınız mübarək, Mübariz həkim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səxavət Məmmədovun Amerikadakı yadigarı 15 Dekabr 2019, 12:04 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 11:58 73 yaşlı Xalq şairi: “Doğum günümü xatırlamasam da, əzablı olduğuna əminəm” 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27