Modern.az

Müsavatda QALMAQAL: “Arif Hacılının xeyir-duası ilə məni satqın etmək yarışı gedir”  

Müsavatda QALMAQAL: “Arif Hacılının xeyir-duası ilə məni satqın etmək yarışı gedir”   

16 Aprel 2019, 16:58

Müsavat Partiyasında qalmaqal yaşanır. Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə Müsavat başqanının keçmiş müşaviri, hazırda partiyanın Divan üzvü olan Yadigar Sadıqlı bildirib.

“Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayan, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”,-deyə Y.Sadıqlı qeyd edib.

Onun sğzlərinə görə, Arif Hacılı mübarizəni müxalifət daxilindən çıxardı, amma hakimiyyətə qarşı yox, partiya daxilinə yönəltdi.


Yadigar Sadıqlı bir müddət öncə gələcək qurultayda Müsavat başqanlığa namizəd olacağını açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir