Modern.az

“Azərsu” sədri Şamaxıda şikayətləri dinlədi, tapşırıq verdi

“Azərsu” sədri Şamaxıda şikayətləri dinlədi, tapşırıq verdi

Aktual

16 Aprel 2019, 17:26

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 16 aprel 2019-cu il tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Şamaxı Sukanal İdarəsinin  inzibati binasında keçirilən qəbulda  Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu